Əli Kərimli: “Başlarını itiriblər, ölkədəki olan qalan biznes mühütini də məhv edirlər”
AXCP sədri Əli Kərimli “Fcabeook”səhifəsində hökümətin “anti-böhran tədbirləri” adı plkəni fəlakətə aparmasından yazıb:
“Ölkəni kütləvi müflisləşməyə, qıtlığa, bahalaşmaya, kütləvi işsizliyə, əsl sosial fəlakətə aparırlar. Bu ilin yanvar ayında ötən ilin dekabr ayına nəzərən, xarici ticarət dövriyyəmiz 40%, idxal dövriyyəmiz 56% azalıb. Normal məntiqlə Gömrük Komitəsi xəttilə dövlət büdcəsinə gələn gəlirlər də müvafiq olaraq azalmalı idi. Lakin 2016-cı ilin büdcəsinə edilən düzəlişə görə, Gömrük Komitəsi xəttilə büdcə gəlirləri əlavə 220 milyon manat artırıldı. İdxalın 56 faiz azaldığı ölkədə gömrük ödəmələrinin 14 faiz artması o deməkdir ki, sahibkarları əməlli-başlı soyacaqlar. Amma hökumət bununla da kifayətlənməyib. Mərkəzi Bankın uçot dərəcəsi yenidən qaldırılaraq 7 faizə çatdı. Deməli, kreditlər yenə bahalaşacaq. Sahibkarın vergi yükünü artırırlar, krediti bahalaşdırırlar, dollar çatışmazlığı yaradırlar, ölkədəki olan qalan biznes mühütini də bu il məhv edirlər. Başlarını itiriblər…”