ABŞ-ın vitse-prezidenti Co Bayden Ukrayna Prezidenti Petro Poroshenko-ya çağırış edib ki, vahid hökumət qursun və Qərbin istədiyi islahatları həyata keçirsin.
Ağ evin məlumatına görə, iki lider bu məsələni fevralın 11-də telefon söhbətində müzakirə ediblər. Ötən həftə iqtisadiyyat naziri Aivaras Abromavicius-un istefasından sonra ölkədə siyasi böhran yaranıb. Litvalı nazir hökumət daxilindəki korrupsiyanı əsas gətirib.
Bu söhbətdən bir gün öncə isə Poroshenko Beynəlxalq Valyuta Fondunun rəhbəri Christine Lagarde ilə söhbətində onu əmin edib ki, iqtisadi islahatlar və korrupsiyanın kəsilməsi işinə sadiq qalır.
Bayden və Poroshenko ölkənin şərqində zorakılıqların artmasını, təhlükəsizlik durumunun pisləşməsini də müzakirə ediblər.