Buyurun, bu da hökumətin “anti-böhran” tədbiri: Azərbaycan təşkilatçıları “Formula-1” Qran Pri yarışlarının Bakıda keçirilməsi üçün 10 illik müqavilə imzalayıb. BBC bu barədə rəsmi məlumat alıb. Millət bunların “Formula-1” israfçılığının bir ilinin dərdini çəkirdi. Təkcə builki büdcədə yarışların keçirilməsi üçün 324 milyon manat ayrılıb. Bunlar isə hələ ardıcıl 10 il bu istafçılığı etmək istəyir.
Ekspert Christian Sylt “BBC Azərbaycanca”ya deyib ki, Bakıdakına bənzər küçə yarışlarını təşkil etmək hər il 80-90 milyon dollara başa gəlir. 100 minlərlə iş yerlərinin bağlandığı, 2.5 milyon insanın bankların soyğunçu faizlərinin əlində çabaladığı, qiymətlərin günü-gündən bahalaşdığı, xalqın hər gün aldadıldığı ölkənin vətəndaşları ciddi şəkildə düşünməlidir, bizə belə işbacarmaz, korrupsioner, üstəlik də israfçı hökumət lazımdırmı?