Ankaranın İŞİD-dən neft almasına dair məlumatlar Türkiyə hökumətinin ifşa etmək üçün deyil, terrorla mübarizə üçündür. Bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.
Xatırladaq ki, Moskva Türkiyəni İŞİD-dən neft almaqda günahlandırırdı. Buna cavab olaraq Türkiyə prezidenti Ərdoğan bildirdi ki, süburlar olacağı təqdirdə istefaya getməyə hazırdır.
Peskov isə bildirib ki, əsas məqsəd informasiyadan yararlanmaqdır və bu informasiya da terrorla mübarizədə istifadə edilirdi.
azadlıq.info