Səfir bu məsələdə İlham Rəhimli və Cavid Qurbanovun köməyindən yararlanmaq istəyir
Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov yüksək post tutmaq üçün fəaliyyətə başlayıb. Səfirlik müddəti başa çatmaqda olan Eldar Həsənov bu məqsədlə əsasən iki istiqamətdə iş aparır. Səfir həm azərbaycanlı iş adamı, Rusiyanın baş naziri Vladimir Putinin dostu Ilham Rəhimlinin, həm də “Azəryolservis”in şefi Cavid Qurbanovun imkanlarından istifadə etməyə çalışır. Eldar Həsənov səfir postunda çalışan sabiq məmurların bir neçəsinin fəaliyyət müddəti başa çatdıqdan sonra onlar kimi işsiz qalmamaq üçün adını çəkdiyimiz şəxslərin köməyindən yararlanmaq üçün bütün potensialını işə salıb.
Lakin maraqlıdır ki, səfirin arxalandığı şəxslərin bir-birilə münasibətləri ürəkaçan deyil. Ilham Rəhimli Cavid Qurbanovun “boss”u nəqliyyat naziri Ziya Məmmədov arasında ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlərin kökü iş adamının başqa bir azərbaycanlı iş adamı, Ziya Məmmədova yaxın olan Telman Ismayılovun (AST Telman) Putin tərəfindən sıxışdırılmasında müəyyən rol oynaması ilə bağlıdır.
İnformasiya şöbəsi