İran telekanallarından birində Azərbaycan türklərinin təhqir edilməsinə etiraz olaraq noyabrın 14-də Ankarada aksiya keçirilib. Aksiya həm də artıq bir həftədir Güney Azərbaycanda davam edn etirazlara dəstək məqsədi daşıyıb.
Tanrıdağ ve Türkçü Turançılar dərnəklərinin təşkil etdiyi və Ankara, Əskişəhərdə yaşayan çoxlu sayda güney azərbaycanlının qatıldığı aksiya Kuğulu parkından başlayıb və İran səfirliyi önündə başa çatıb. Aksiyada təxminən 200 nəfər iştirak edib. Aksiyaçılar əllərində Güney Azərbaycana dəstək ifadə edən plakatlar tutublar.
Bir saata yaxın davam edən aksiyanın sonunda etirazçılar üzərinə “Fars irqçilik simvolu” yazılmış tualet fırçası tutan əl heykəlciyini yandırıblar.
Aksiya bəyanatın oxunması ilə başa çatıb. “İranın illərdir tətbiq etdiyi assimliyasiya siyasətinin başarısızlığı bu gün Güney Azərbaycan şəhərlərində ‘’Haray, haray, mən türkəm” nidaları ilə mücadilə edən qəhrəmanlar tərəfindən təsdiqlənib”, – deyə bəyanatda bildirilir.
Aydın Taş, Ankara