Eldar Mahmudova məxsus maşın salonu da bağlandı
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun iqamətgahında və mənzillərində axtarış aparılıb.
Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
Məlumata görə, E.Mahmudovun Badamdar qəsəbəsindəki şəxsi iqamətgahından 30 karton qutusu dolu dollar və digər xarici valyuta, həmçinin şüşə bankalar dolusu kilolarla brilyant çıxıb.
Götürülən pullar və daş-qaş Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqatt Məhkəmə Ekspertizası İnstututuna ekspertizaya göndərilib.
***
Bu arada hafta.az saytı məliumat yayıb ki, Eldar Mahmudova məxsus “Avtomobil Dünyası” maşın salonu fəaliyyətini tam dayandırıb. Badamdar qəsəbəsi Qurd Qapısı dairəsinə yaxın ərazidə yerləşən “Avtomobil Dünyası” adlı obyekt 2007-ci ildən fəaliyyətə başlayıb.
Maşın salonunda qiyməti 300 minə yaxın olan avtomobillərin satışı təşkil olunurdu. Avtosalon “Saba Crash”adı altında fəaliyyətə başlayıb. Bir müddət keçdikdən sonra isə “Crystal”, son günlərə qədər isə “Avtomobil Dünyası” adı altında işləyirdi. Obyekt təkcə avtomobil satışı ilə kifayətlənmirdi. Belə ki, onun alt mərtəbəsində bahalı içki brendlərinin topdansatış mərkəzi olan “Caspian Crystal” dükanı da müştərilərə xidmət göstərib.