Dünyanın ən məşhur aktrisa və müğənnilərindən biri olan Cennifer Lopes indi də komediya serialının prodüserliyinə başlayıb.
Milli.az xəbər portalı “The Hollywood Reporter”ə istinadən bildirir ki, MTV telekanalında nümayiş etdiriləcək serialın baş qəhrəmanı Lina Molina iqtisadi çətinliklər, işsizlik və ən başlıcası, iş təkliflərinin absurd olması səbəbindən Nyu-Yorku tərk edərək uzaq Texasa – evinə qayıdır. Burada o, qəribə davranışlı ailəsi ilə birlikdə yaşamağa başlayır.
Lopes serialı Qreys Parra ilə birlikdə hazırlayır. Parra həm də serialın ssenari müəllifidir.