Fuad Qəhrəmanlı: «Böyük ehtimal ilə Ilham Əliyevin səfəri qaz danışıqları məsələsində Gürcüstanın mövqeyini dəyişə bilməyəcək»
Dövlət başçısı Ilham Əliyev yaxın gələcəkdə Gürcüstana səfər edəcək. Bu barədə Gürcüstan hökuməti apparatından məlumat verilib. Bu səfərin məqsədi, heç şübhəsiz, Gürcüstanla Azərbaycan arasında yarımçıq qalan qaz danışıqları ilə bağlıdır. Belə ki, Gürcüstan Azərbaycandan gedən qazdan imtina edərək tələbatını bundan sonra Rusiyanın vasitəsilə ödəməyi planlaşdırır.
Daha bir məqam isə Gürcüstanın regional enerji layihəsinə imza atmasıdır. Bu layihə Azərbaycandan yan keçəcək proyektdir. Bu layihə Irandan başlayıb Ermənistan və Gürcüstanın iştirakı ilə çəkiləcək qaz kəmərindən gedir. Bu kəməri gələcəkdə Avropaya qaz nəqli üçün də istifadəsi nəzərdə tutulub.
Artıq Gürcüstanla Ermənistan arasında bu istiqamətdə danışıqlar başlayıb. Gürcüstanın ÿpaytaxtıÿ Tiflisdə ÿyenidən bərpa olunan Müqəddəs Gevorq kilsəsinin açılışında bir araya gələn Ermənistan ÿprezidentiÿ Serj Sərkisyanla Ivanişvilinin qaz kəməri məsələsinə də toxunduğu istisna deyil.
Bundan başqa, Gürcüstanınÿ energetika naziriÿ Kaxa Kaladzeninÿ Irana səfəri planlaşdırılır. Səfərin əsas məqsədi isəÿ Irandan ÿqaz alışının nə dərəcə mümkün olacağı barədə müzakirə aparmaqdır.
Gürcüstanın keçmiş baş naziri Bidzina Ivanişvili bildirib ki, ölkəyə təbii qazın çatdırılma istiqamətləri yenidən gözdən keçirilməlidir. Hakimiyyətin qərarlarına təsir gücü olan Ivanişvili SOCAR-ın ölkədəki fəaliyyətini genişləndirməsindən narahatlığını açıq şəkildə bəyan edib. Elə bu məqsədlədə yeni alternativ axtardıqlarını deyirlər.ÿ
Bəs hazırda regionda yaranan situasiyada I.Əliyevin Gürcüstana səfəri və aparacağı danışıqlar uğurlu ola bilərmi?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Gürcüstan hazırkı halda qaz kəmərələrinin diversifikasiyasını həyata keçirir. Gürcüstanın Rusiyadan qaz nəql etməsinin onu Azərbaycan qazından aslılıqdan qurtaracağını deyən F.Qəhrəmanlı vurğuladı ki, Gürcüstan tərəfi bu addımını belə əsaslandırır ki, bu təşəbbüslər SOCAR-ın Gürcüstan bazarında inhisarçı mövqeyini qaldırmaq və qazın qiymətini daha sərfəli etmək məqsədi daşıyır. F.Qəhrəmanlının fikrincə, məsələyə bu kontekstdən yanaşdıqda I.Əliyevin səfəri Gürcüstan tərəfinin mövqeyini çətin dəyişə: “Istənilən ölkə bazarında rəqabət mühitinin yaradılmasında maraqlıdır. Gürcüstanın buradan ciddi maliyyə əldə etmək imkanı var. Ona görə çox böyük ehtimalla Ilham Əliyevin səfəri qaz danışıqları məsələsində Gürcüstan tərəfinin mövqeyini dəyişə bilməyəcək. Hazırkı regional münasibətləri nəzərə alsaq, Ilham Əliyevin bu səfərinin enerji ticarətində fərqli situasiya yaradacağını gözləmək olmaz. Digər tərəfdən nəzərə almaq lazımdır ki, bu, Rusiyanın da maraqlarına uyğundur. Avropanın təzyiqləri ilə üzləşən Rusiya qaz bazarının genişlənməsi üçün çalışır. Ona görə Rusiya da çalışacaq ki, Gürcüstanla qaz sazişi əldə olunsun? F.Qəhrəmanlının fikrincə, Tiflisin Kreml ilə münasibətləri əvvəlki kimi qalsaydı, Azərbaycanın Gürcüstana təsirləri o zaman effektiv ola bilərdi. Amma Rusiya ilə Gürcüstan arasında enerji məsələsində ticari əlaqələr gündəmə gəlirsə, deməli, Azərbaycanın bu istiqamətdə səyləri nəticə verməyəcək. Gürcüstanın Iran və Ermənistanla enerji proyektlərində iştirakına gəlincə, F.Qəhrəmanlı bildirdi ki, bu artıq Azərbaycanın təsir imkanlarından kənar məsələdir. F.Qəhrəmanlının fikrincə, Azərbaycan bu rəqabətin qarşısını almağa yox, əksinə, bu rəqabətin inkişafı üçün daha əlverişli təkliflərlə çıxış etməli, daha çevik təşəbbüslər göstərməlidir: ”Hesab edirəm ki, indiki halda Azərbaycan üçün ən optimal variant TAP və TANAP-ın reallaşmasının başa çatdırılması ola bilər. Eyni zamanda Azərbaycan Rusiyanın onu Avropa bazarına çıxışını əngələməsindən yayınaraq, ölkəmizin öz qaz marşrutunu həyata keçirməsi çıxış yoludur”.
Xəyal