ABŞ kəşfiyyatı: Rusiya təyyarəsini İŞİD partladıb

rus-teyyare-qeza-misir4Misirdə baş verən və 224 nəfərin ölümü ilə nəticələnən Rusiya təyyarəsinin qəzaya uğraması ilə bağlı ABŞ-dan ilginc açıqlama yayılıb. CNN adını açıqlamadığı amerikalı rəsmilərdən birinə istinadla xəbər verir ki, ABŞ kəşfiyyatının gəldiyi qənaətə görə, təyyarə göyərtədə baş verən patlayış nəticəsində yerə çırpılıb. Amerika kəşfiyyatı bombanı göyərtəyə İŞİD-in və ya ona bağlı olan təşkilatlardan birinin yerləşdiyini ehtimal edir.

 

 

Mənbə qəzanın səbəbi barədə ABŞ-ın araşdırmaları hələ başa çatdırmadığını, lakin əldə olan məlumatların məhz partlayış versiyası üzərində durmağa əsas verdiyini bildirib. Mənbə bombanın baqaja, ya da təyyarənin başqa bir yerinə qoyula biləcəyini əlavə edib.

 

 

Amerikalı rəsmi onu da vurğulayıb ki, hadisənin baş verdiyi Sinay bölgəsində həmin vaxt fəallığın yüksəldiyi qeydə alınıb və bu, xüsusi xidmət orqanlarının diqqətini cəlb edib.

Başqa bir ABŞ rəsmisi isə bildirib ki, hadisənin İŞİD-lə bağlılığı qənaətinə terror təşkilatın daxili mesajlarının monitorinqi əsasında gəlinib. Mənbə aydınlıq gətirib ki, bu mesajlar təşkilatın ictimaiyyətə açıqladıqları deyil, fərqli kanallarla əldə olunur.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyadan da oxşar açıqlama yayılmışdı. Baş nazirin ofisindən bildiriblər ki, təyyarə partladıldığı ehtimalı var, buna görə də Britaniyadan Şarm əl Şeyx-ə uçuılar müvəqqəti dayandırılır.

azadliq.info