Türkiyəli din xadimi İlham Əliyevə səsləndi: “Hökumət zülm ilə ayaqda qalmaz”

mehdi-aksu-turk-din-xadimiTürkiyənin tanınmış din xadimi Mehdi Aksu Tale Bağırzadəyə qarşı baş verənlərlə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

AzadXeber.az müraciəti olduğu kimi təqdim edir:

“Hökumət küfr ilə ayaqda qalar, amma zülm ilə ayaqda qalmaz.

Bu yazını son zamanlarda can dediyimiz Azərbaycan dövlətində bir neçə özündən xəbərsiz hədsiz tərəfindən baş verən hadisə ilə bağlı yazmaq məcburiyyətində qaldım. Birinci hadisə Gəncə şəhərində Elmar Vəliyev adında bir şəxsin İmam Hüseynin (ə) Tasusında etdiyi zülmlər, məscidlərin bağlanması, möminlərin fiziki zorakılığa məruz qalması və zindana atılmasıdır.

İkinci hadisə isə Azərbaycanda müsəlmanları tərəfindən sayğı və hörmətlə qəbul edilən “Müsəlman Birliyi Hərəkatı”nın sədri, ilahiyyatşı Tale Bağırzadəyə Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyevin oğlu Yasamal Rayon Baş Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev tərəfindən edilən çirkin və qəbul edilməz fiziki zorakılıq hadisəsidir.

Bu hadisədə dəyərli alim hacı Tale Bağırzadədən Seyid Mübarizin şəhadəti ildönümündə məzarı başında anılması ilə bağlı planlaşdırılan yürüşün Tale Bağırzadə tərəfindən keçirilib-keçirilməməsi ilə bağlı suallar ünvanlayıblar.

Azərbaycan dövlətinin prezidenti və dövlət rəsmilərinə müraciət edirəm: Belə zalım, cahil, həddini bilməz polis rəislərinin, icra başçılarının özbaşına hərəkətləri ilə Azərbaycan xalqını və dövlətini dünyaya güldürmək olmaz.

Hansı ölkədə məzar ziyarətinə getmək rəsmilər tərəfidən sorğulanır? Dünyanın zalım və diktator ölkələrində belə məzar ziyarətinə getmək sorğulanmadığı bir vaxtda bu gün Azərbaycanda baş verənlər nəyin əlamətidir?

Bütün dünyada hər dövlətin qəhrəmanı unudulmaz və unutdurulmaz.

Şəhid Mübariz də Azərbaycan dövlətinin qəhrəmanıdır. Bu şəhidi unutmayanlara, unutdurmayanlara təşəkkür etməkdənsə, əksinə təzyiqə məruz qalmaları cəhalət zülm deyilmidir?

Bunun bilinməsi çox önəmlidir. Azərbaycan bu gün faktiki döyüş şəraitində olan ölkədir. Sabah Azərbaycanın düşmənləri tərəfindən Azərbaycana çox ciddi hücumlar edildiyi vaxt alimlərə, dindarlara, məscidlərə gedənlərə zülm edənlərdən və onların övladlarından əvvəl bu alimlər, dindarlar və hicabdan dolayı zülmə məruz qalan bacılarımızın qardaşları, övladları cəbhəyə gedərək Azərbaycan üçün canlarını fəda edəcəklər.

Sabah Azərbaycan üçün cəbhəyə rüşvət yeyərək qarınlarını şişirdənlər yox bu inanclı kəsim olacaq. Azərbaycanın mömin müsəlmanları tərəfindən sevilən, sayılan Tale Bağırzadə kimi alimə əl qaldırılması, vurulması qəbul ediləcək bir vəziyyət deyil.

Bunu unutmayın ki, bu dinin peyğəmbəri həzrəti Məhəmmədin (s) yanına kafir müharibə əsirlərini gətirdikləri vaxt, əsirlər içərisində qəbilə liderləri və dini rəhbərləri ilə fərqli şəkildə rəftar edərdi. Bununlada onlar bir cəmiyyəti və qəbiləni təmsil edirlər şəklində danışardı.

Hacı Tale Bağırzadə Azərbaycan dövlət rəsmilərinin də iman gətirdiyi həzrəti Məhəmməd Mustafanın (s) və digər peyğəmbərlərin (ə) varisidir. Buna görə də hacı Tale Bağırzadəyə yumruq ataraq onu vuran İsfəndiyar Mehbalıyevin atdığı yumruq İslam Peyğəmbərinə (s) və cəmiyyətinə dəymişdir.

Hacı Tale Bağırzadəyə dəyən yumruq onun üçün izzətdir, ərdəmdir və şərəfdir. Amma Bu hadisənin səbəbkarları və iştirakçıları üçün zillət və alçaqlıqdır.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev! Sözlərimə həzrəti Əlinin (ə) hədisi ilə başladım. Bəli tarixdə, hətta bu gün də zülm ilə idarə olunan ölkələrin küfr ilə ayaqda qaldığını görürük. Ancaq zülm ilə idarə olunan ölkələrin dağılıb yerlə yeksan olduqlarını, heç birinin abad olmadığını və idarəçilərinin daima tarixdə nifrət və lənətlə anıldığını görürük.

Azərbaycanın dövlət rəsmiləri yaxın tariximizdə İraq zalım Səddamın, Liviyada Qəddafinin, Misirdə Hüsnü Mübarəkin aqibətlərini və ölkələrinin düşdüyü vəziyyətə baxın!

Keçmiş tariximizdə  Əməvi və Abbasi dövlətinin hökmdarlarının, hakimlərinin, valilərinin zülmlərinə və aqibətlərini diqqət yetirin. Baxın və bunlardan ibrət alın. Gördüyümüz kimi, bu gün Azərbaycan 1980-cı illərin Türkiyəsini yaşayır. 1980-cı illərin Türkiyəsində hicab qadağan idi, inanclı insanlar inanclarını rahat şəkildə yaşaya bilmirdilər. İnanclı insanlara təzyiq və zülm edilirdi. İnanclı qələmlər inanclarını, doğruları azad şəkildə yaza bilmirdilər. Din xadimlərinin dərslərində iştirak edənlər, məscidlərə gedənlər həbs olunurdu. Yəni 1980-ci illərin Türkiyəsi qadağalar ölkəsi idi.

Ancaq bu gün gəldiyimiz nöqtədə bu qadağaların səbəbkarları bu gün yaşayırlarsa hüquq və qanun qarşsında məhkəməyə çıxarılaraq mühakimə olunurlar. Bu şəxslər öldükdən sonra isə Türkiyə toplumu tərəfindən nifrətlə anılırlar. Bu gün isə Türkiyədə inanc və düşüncə azadlığı var. Orta məktəblərə və universitetlərə hicabla getmək qadağan etmək isə müzakirə mövzusu belə deyil. Alimlər, din adamları düşüncələrini azad şəkildə ifadə edirlər. İnanclı insanlar inanclarını azad şəkildə yaşayırlar.

Toplum içərisində zülmdən, despotizmdən, basqıdan və həbslərdən tərəf olanlar cəmiyyət tərəfindən zamanla tarixin zibilliyinə atılırlar. Yenə fərqli inanc və düşüncülərinə baxmayaraq azadlıqdan, qardaşlıqdan, dəstək verməkdən, inanclı insanlara sayğıdan tərəf olanlar cəmiyyət tərəfindən həmişə qəbul ediliblər.

Hər insan dediklərinə, hərəkətlərin diqqət etməkdə müfəlləfdir. Heç bir inanc, düşüncə digər inanclara və düşüncələrə, mənsublarına həqarət və zülm haqqını vermir.

Deyilən fikirlərdə və tətbiq olunan hərəkətlərdə şəxslərin mövqeyi və məqamı səbəbi ilə zülm etmək də dəqiqlik tələb edir. Toplumda ədalət və təhlükəsizlik təminatçısı olmalı şəxs olan icra başçısı və polis rəisi vəzifəsində oturan şəxslərin bir şey edərkən və ya danışarkən çox diqqətli olması, insanları, inancları və inanclıları diqqətə alaraq hərəkət etməsi lazımdır.

Prezident Aparatı, Nazirliklər, İcra Hakimiyyəti, Polis İdarələri, hərbi strukturlar insanları xidmət, birləşdirmək, barışdırmaq, maddi və mənəvi təkamül üçün mövcuddur. Bu məqamlar özləri kimi düşünməyənləri, özləri kimi inanmayanları kənar şəxslər elan edərsə, bu vəziyyət ölkədə gərginlik və nifrət yaradar. Və bu hal sülhə, birliyə xidmət etməyəcək.

Ümid edilir ki, öncə başda Azərbaycan prezidenti İlham Əliyev və can Azərbaycanın vicdanlı idarəçiləri və Azərbaycanın birlikdən, bərabərlikdən, vəhdətdən, qardaşlıqdan tərəf olan vicdanlı övladları Elmar Vəliyev və İsfəndiyar Mehbalıyev kimi, ağıldan, savaddan uzaq olan zalım və həddini bilməz şəxslərin cəzalarını verəcək və mövzu haqqında lazım olanları edəcəklər.

Can Azərbaycana salam və dua ilə…”