Ukraynada döyüşən şəxslərə vətəndaşlıq veriləcək

porosenko-andUkrayna prezidenti Petro Poroşenko, Ukrayna Silahlı Qüvvələrində xarici vətəndaşlığı olan və bu ölkəyə sığınan köçkünlərin hərbi xidmət keçməsinə icazə verən qanunu imzalayıb.

Qanuna görə, bu şəxslər Ukrayna konstitusiyası və qanunları çərçivəsində hərəkət etmək öhdəliyi götürür. İlk mərhələdə təcrübəyə və döyüş qabiliyyətinə sahib olan bu şəxslərdən min nəfərlik tabor yaradılması nəzərdə tutulur.

Bundan başqa, qüvvəyə minən yeni qanun, Ukraynanın şərqində silahlı qarşıdurmalarda iştirak edən əcnəbilərə vətəndaşlıq veriləsini də nəzərdə tutur.

 

azadliq.info