“Siyavuş Novruzov başından yekə danışmasın”

Nurəddin Məmmədli: «O, yaxşı bilir ki, mən onu televiziya studiyalarında nə günə salmışam»

“Siyavuş Novruzovun danışmağa sözü olmadığı üçün bu cür nadan ifadələr işlətməklə, absurd bəhanələr gətirməklə debatdan yayınmağa çalışır”. Bu sözləri “Azadlıq”a AXCP sədrinin müavini Nurəddin Məmmədli YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun açıqlamasına münasibət bildirərkən deyib. Nurəddin Məmmədli deyib ki, Siyavuş Novruzov həmişə onunla debata çıxanda çətin vəziyyətdə qalıb: “Ona görə də səviyyəsinə uyğun şəkildə debatdan qaçır. O, yaxşı bilir ki, mən onu televiziya studiyalarında nə günə salmışam. Yaxşı olar ki, bu adam başından yekə danışmasın”. 
Xatırladaq ki, bir gün əvvəl Nurəddin Məmmədli Siyavuş Novruzovun müxalifətə ünvanlanan debat çağırışına müsbət cavab vermişdi. AXCP yetkilisi bildirmişdi ki, Siyavuş Novruzov səviyyəsində şəxslə debata çıxmaq ciddi hadisə hesab olunmasa da, xalqa həqiqətləri demək naminə onunla debata çıxmağa hazırdır. 
Siyavuş Novruzov isə APA-ya açıqlamasında müxalifət liderləri ilə debata çıxmaq istədiyini deyib. Nurəddin Məmmədli ilə debata çıxmağa ehtiyat edən YAP funksioneri  qorxaqlığını AXCP yetkilisini aşağılamaqla pərdələməyə  çalışıb.

Azad