Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs Şanlıurfadan müstəqil namizəd kimi seçki prosesinə qatılsa da, sonrdan namizədliyini geri götürmüşdü. Bülletenlər hazırlandıqdan sonra geri çəkilən Tatlısəs, xalqı 1 noyabrda ona səs verməməyə çağırmışdı. Tatlısəs addımını belə əsaslandırmışdı:
“Silahların kölgəsi altında siyasətlə məşğul olmayacam. Bülletenlərdə adımı görüb əsla işarələməyin”.
Lakin buna baxmayaraq, qutulardan müğənninin adı işarələnmiş yüz ədəd bületen çıxıb.
azadliq.info