Rusiya təyyarəsi kənar təsir nəticəsində qəzaya uğrayıb

teyyare rusRusiya təyyarəsi texniki nasazılıq yaxud insan səhvi nəticəsində qəzaya uğraya bilməzdi. Belə bi açıqlama ilə Rusiyada 200-dən çox sərnişinlə qəzaya uğrayan təyyarənin məxsus “Koqalımavia” şirkəti çıxış edib. Şirkət qəzanın baş verməsinə səbəb kimi kənar müdaxiləni göstərib: “A321 kimi təyyarə hər hansı texniki sistemin sıradan çıxması ilə havada partlaya bilməzdi”.

Bundan başqa, təyyarə qalıqlarının aşkar edildiyi yerdən götürülən təxminən 100 cəsədin ekspertizası aparılıb. Cəsədlər üzərində aparılan ekspertizadan sonra sərnişinlərin əksəriyyətinin yanıqdan öldükləri müəyyən edilib.

Rusiya prezidenti mətbuat xidmətinin rəhbəri Dmitri Peskov isə bildirib ki, təyyarənin qəzaya uğraması ilə bağlı heç bir versiya istisna edilməməlidir.