«Jalə» şadlıq evlərindən yığışdırılıb

Bəylər Əyyubovun «Vita1000»ləri «fövqəlnazir»in şirələrini üstələyib

Son vaxtlar ticarət obyektlərində “Vita1000” şirələrinin ”Jalə” şirələrindən daha önə çıxdığı müşahidə olunur. Əldə etdiyimiz məlumatlara görə, bu barədə tidarət obyektlərinə konrket göstəriş verilib. Necə ki, vaxtilə eyni göstəriş “Jalə” şirələri ilə bağlı verilmişdi.
Eyni proses şadlıq evlərində baş verib. Yəni, indi menyuya “Jalə” deyil, “Vita1000” şirələrinin salınması zərurətə çevrilib. Məlumatlara görə, ”Vita1000” prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova məxsusdur. Məhz bu amil fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “Jalə”nin sıradan çıxmasına səbəb olub.

Informasiya şöbəsi