Hökumətin yaşayış minimumu yalanı

Rəsmilər onun 160, müstəqil ekspertlər isə 800 manat olduğunu deyir

Samir Əliyev: «Hökumət yaşayış minimumunun məbləğini azaldır»

Hökumət əhalinin yaşayış səviyyəsinin və gəlirlərinin gündən-günə artdığını desə də, əslində vəziyyət xeyli fərqlidir. Bir qayda olaraq rəsmi statistika reallığı əks etdirmir. Məsələn, rəsmi hesablamalara görə, Azərbaycanda yaşayış minimumu 160 manatdır. Amma müstəqil ekspertlər yaşayış minimumu üçün ən azı 800 manatın lazım olduğunu deyir. Bu da kifayət qədər böyük fərqdir. Bəs rəsmi məlumatla müstəqil ekspertlərin hesablamaları arasında bu qədər fərqin ortaya çıxmasının səbəbi nədir?
Iqtisadçı-ekspert Samir Əliyev vətəndaş cəmiyyətinin açıqladığı rəqəmlərlə hökumətin məlumatları arasında həmişə fərq olduğunu deyir. Yaşayış minimumunun hesablanmasında da bu özünü göstərir. Belə ki, hesablama metodologiyasında xeyli fərq var: “Yaşayış minimumunu hesablamaq üçün tələb olunan komponentlərin tərkibi baxımından fərqlər olur. Hökumət bir qayda olaraq qiymətində artım olmayan komponentləri, qida məhsullarını götürür. Amma vətəndaş cəmiyyəti isə beynəlxalq təcrübəyə əsaslanan metodologiyadan istifadə edir”.
Ekspertin sözlərinə görə, vətəndaş cəmiyyəti ekspertlərinin hesabladığı yaşayış minimumun məbləği reallığa daha yaxındır. Çünki hökumət ənənəvi olaraq onun məbləğini azaldır.

Fizzə