“Zühur tv” və “Kanal 12”-nin yayımı niyə dayandırılıb?

zwhur tv“Zühur tv” və “Kanal 12”-nin“Azerspase” peykindən yayımı dayandırılıb

Tale Bağırzadə: “İnsanların seçim hüququ olmalıdır”

Rəşad Nəbiyev: “Kanalların dayandırılması onların özündən asılıdır”

Azərbaycanda dini kəsimə qarşı təzyiqlər davam etməkdədir. Bir qədər əvvəl  Dini Qurumlar üzrə Dövlət Kömitəsi dini icmaları nəzarətə götürdü. Daha sonra yas mərasimlərində dini ayinlər tam nəzarət altına alındı. Son zamanlar internet kanalları vasitəsi ilə yayılan dini verlişlərdə artıb nəzərə çarpırdı. Bəzi kanallar  peyk vasitəsi ilə yayınlanmağa başlamışdı.

Belə kanallardan olan “Zühur tv” və “Kanal 12”-nin“Azerspase” peykindən yayımı dayandırılıb. Məsələ ilə bağlı, Müsəlman Birliyi Hərakatının rəhbəri, ilahiyyətçi alim Tale Bağırzadənin məsələyə münasibətini öyrənmək istədik. Onun fikirlərini oxucularımıza təqdim edirik: “Bütün bunlar emokratiyanın olmamasının təzahürüdür. Bu həm mətbuata, həm vətəndaş cəmiyyətinə təzyiqlərin bir daha təsdiqidir. Bütün bu məsələlərin kökündə dinin düzgün təbliğ edilməməsi durur. Dinin düzgün təbliğ edilməsi üçün mətbuata, televiziyalara sərbəstlik verilməlidir. Əksinə özlərinin şərait yaranması bir yana , bu edənlərə əngəl yaradırlar. İnsanların seçim hüququ olmalıdır. Azərbaycan da seçkilər keçirilir, amma seçki ab-havası yoxdur. Seçki olmayan yerdə, xalq tərəfindən seçilməyən hakimiyyətlər durduqca bu problemlər də qalmaqda  davam edəcək.”

Məsələ ilə bağlı “Azerspase”-in rəhbərliyi ilə əlaqə saxladıq. Qürumun sədri Rəşad Nəbiyev bildirdi ki,  bu kanalların dayandırılması onların özündən asılıdır. Bizdə 100-dən artıq kanal yayımlanır. Hansı kanal nəvaxt yayıma başlayır, nə vaxt yayımdan imtina edir onların öz işidir.