Rumıniyanın paytaxtı Buxarestdə gecə klubunda baş verən partlayış nəticəsində ölənlərin sayı 26-ya çatıb, 150 nəfər xəsarət alaraq xəstəxanalara yerləşdirilib.
Xəsarət alanlardan 25-in vəziyyəti ağır kimi qiymətləndirilir.
Hadisə zamanı Buxarestin “Colectivу” gecə klubunda 300-dən çox insan olub. Partlayışdan sonra klubda yanğın başlayıb.
İlkin versiyaya görə, insident pirotexnikadan düzgün istifadə olunmaması nəticəsində baş verib.