saakasvili

Saakaşvili Gürcüstan vətəndaşlığından çıxarılır

saakasviliGürcüstan ədliyyə naziri Tea Tsulukiani, eks-prezident, Odessa qubernatoru Mixail Saakaşvilinin vətəndaşlıqdan çıxarılması üçün hüquqi addımlar atıldığını bildirib.

Ədliyyə Nazirliyində mövzuyla bağlı mətbuat konfransı təşkil edən Tsulukiani, 23 oktyabırda Ukrayna hökumətindən Saakaşvilinin Ukrayna vətəndaşı olduğunu təsdiq edən rəsmi sənəd aldıqlarını bildirib. Tsulukiani Gürcüstan Konstitusiyanın ikili vətəndaşlığı qadağan etdiyini, bu baxımdan Saakaşvilinin vətəndaşlıqdan çıxarılması üçün hüquqi prosedura başladıqlarını bildirib.

«Vətəndaşlıqdan çıxarılmağım Rusiyanın sifarişidir»

Saakaşvili məsələyə münasibət bildirərkən vətəndaşlıqdan çıxarılması ilə bağlı sifarişin Rusiyadan gəldiyini bildirib: “Bunu məqsədli şəkildə edirlər ki, Gürcüstanda növbəti prezident seçkilərində iştirak edə bilməyim. Sifarişin icraçısı isə “Gürcü arzusu” koalisiyasının lideri Bidzina Ivanaşvilidir. Rusiyanın sifarişini yerinə yetirib mənim prezidentliyə gedən yolumu bağlayır”.

Qeyd edək ki, Saakaşvili 2004-cü ilin yanvarından 2013-cü ilin noyabrınadək Gürcüstanda prezident vəzifəsini tutub. Prezidentlik müddəti bitdikdən sona ABŞ-a gedib. Bu ilin mayında isə Ukraynanın Odessa vilayətinə qubernator təyin olunub.

azadliq.info