Vaşinqton: “Rusiyanı SSRİ kimi fövqəldövlət saymırıq”

abs ernestRusiya daha fövqəldövlət deyil. Bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bəyan edib. Onun sözlərinə görə, “soyuq müharibə”nin təkrarlanması bu gün mümkün deyil.

“Rusiyanın dünyaya təsir üçün SSRİ kimi nufuzu yoxdur”- deyə o, vurğulayıb. Ernest qeyd edib ki, beynəlxaq təcrid vəziyyətində Moskvanın yeganə dostları yalnız “Suriya höküməti və İran rejimi” ola bilər.

Rusiya XİN məsələ ilə bağlı hələlik açıqlama verməyib. (Strateq.az)