Samir Əsədli Milli Şuradan çıxarıldı

samir-asadliSəbəb onun Milli Şuranın boykot qərarına tabe olmamasıdır

Milli Şuranın üzvü, VHP İcra Aparatının rəhbəri Samir Əsədli bu qurumdan xaric edilib. Qərar Milli Şuranın Koordinasiya Mərkəzində qəbul olunub. Səbəb Milli Şuranın parlament seçkisini boykot etdiyi halda, Samir Əsəsdlinin seçkidə iştirak etməsidir.

Milli Şura rəhbərliyi Samir Əsədlini ya qurumun boykot qərarına tabe olub seçkidə iştirakdan imtina etməli olduğu, ya da Milli Şura üzvlüyündən çıxarılacağı barədə xəbərdar edib. Samir Əsədli seçkidə sonadək iştirak etmək qərarında olduğunu bildirib. Bundan sonra Milli Şura rəhbərliyi Samir Əsədlinin üzvlük məsələsini Koordinasiya Mərkəzinin müzakirəsinə çıxarıb. Koordinasiya Mərkəzi Milli Şuranın qərarına tabe olmadığı üçün Samir Əsədlinin qurumdan çıxarılmasına qərar verib.