“VHP İqbal Ağazadəni dəstəkləmək qərarı verməyib”

Rafiq manafOktyabrın 30-da “Yeni Müsavat” qəzeti Vətəndaş Həmrəyliyi Partiyasının 35 saylı Xətai seçki dairəsindən namizədliyi qeydə alınmış İqbal Ağazadəni dəstəkləmələri haqda qərar verdiklərini yazıb. Məlumatda, VHP üzvlərini və tərəfdarlarını İqbal Ağazadəyə səs verməyə çağırdığı bildirilir. Qəzet, xəbərin musavat.com-a Ümid Partiyasından daxil olduğunu yazıb.

VHP Ali Məclisinin sədri Rafiq Manaflı isə bizimlə söhbətində partiyanın belə bir qərar vermədiyini, bunu hansısa fərdin özfəaliyyəti olduğunu bildirdi: “Bizim partiya olaraq belə bir qərarımız yoxdur. Hazırda partiya sədri Sabir Rüstəmxanlı ölkədə deyil. Təbii ki, Sabir bəy ölkəyə qayıdan kimi bu məsələ araşdırılacaq və özfəaliyyətə yol verən şəxs haqqında tədbir görüləcək”