Rəsmi mətbuat niyə susur?

arif_eliyevArif Əliyev: «Rəsmi mətbuat təlimatdan kənar heç nə dərc edə bilməz»

Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən proseslər hazırda mətbuatın əsas gündəmdə olan mövzusudur. Bu səpkidə demək olar hər gün yeni xəbərlər, araşdırma və məlumat xarakterli yazılar dərc edilir. Təkcə müxalifət və müstəqil mətubatda deyil, saytlarda və hətta telekanallarda da bu qəbildən informasiyalar getsə də, hökumətə yaxın mətbuat orqanlarında sanki bu hadisələrə görməzlik nümayiş olunur. Rəsmi mətbuat bu müstəvidə nədənsə bir ehtiyatlılıq, qorxu nümayiş etdirir. Görəsən, bu, nə ilə bağlıdır?

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev söyləyir ki, siyasi məsələlərlə və xüsusilə də son vaxtlar baş verən hadisələrin məchul tərəfləriylə bağlı siyasi hakimiyyətin göstərişi mümkündür. Rəsmi mətbuat da təlimatdan kənar heç nə dərc edə bilməz:

“Bu halda söhbət əhaliyə real məsələlər haqda məlumat verməmək də ola bilər. Tamamilə aydındır ki, yüksək eşalonda baş verənlər hardasa xırda axtarışlar aparmaq və sahibkarların incidilməsiylə bağlı deyil.  Burda daha mürəkkəb, dərin münasibətlər və problemlərdən söhbət gedir və onlar da ictimaiyyətdən gizli saxlanılır. Hakimiyyətin iradəsinə uyğun olan mətbuat da bu mətləbləri müəyyən həddə uyğun şəkildə verməli olur”.

Nigar