ABŞ dövlət katibi Con Kerri Vaşinqtonda “ABŞ-ın Yaxın Şərq siyasəti” mövzusunda keçirilən konfransda Suriya problemindən danışıb. O, “Əsəd gedərsə, yerinə İŞİD gələcək” deyənləri tənqid edib və problemin həlli yollarını göstərib. Kerri sabitliyin bərqərar olması üçün Əsədin də, İŞİD-in də Suriyadan çəkilməsinin əsas şərt olduğunu bildirib. O, bunun üçün İŞİD-ə qarşı əməliyyatları intensivləşdirməyin və vətəndaş müharibəsinə son qoymağın zəruri olduğunu bildirib.
Vyanada reallaşacaq növbəti görüşün sülh prosesinə təkan verəcəyini düşündüyünü deyən Kerri, “Cəhənnəmdən çıxış yolu axtarırıq”, deyə fikrini tamamlayıb.
azadliq.info