“MTN işi” ilə bağlı daha bir məmur həbs edildi

rabite-nazirliyi-bina

Rabitə nazirinin işdən çıxarıldığı xəbəri yayıldı

MTN işi”lə bağlı daha bir nəfər həbs olunub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərov həbs edilib. Bu barədə məlumatı “Qafqazinfo” yayıb. Məlumatda deyilir ki, hazırda Rabitə Nazirliyində yoxlamalar başlayıb. Vəzifəsindən azad olunanlar var.

29.06.2015-ci il tarixdə BƏHM-in təşkilati -hüquqi forması dəyişdirilərək “Azerbaican International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib.

Qeyd edək ki, bundan əvvəl Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin aparat rəhbəri Vidadi Əzizov və Bakı Telefon Rabitəsi Istehsalat Birliyinin sədri Beytulla Hüseynov həbs edilib. Hər iki həbs MTN işi ilə bağlıdır. Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.

Bu arada məlumat yayılıb ki, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov prezident Ilham Əliyevin fərmanı ilə işdən çıxarılıb. Istiqlal.az-ın yaydığı məlumata görə, Əli Abbasovun “MTN işi” ilə bağlı işdən çıxarıldığı barədə ehtimal var. Indiyə qədər nazirliyin 3 işçisi işdən çıxarılaraq həbs edilib.

Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov isə AzNews.az-a açıqlamasında bildirib ki, Əli Abbasov iş başındadır və yayılan məlumatlar həqiqəti əks etdirmir.