mezahir-pen

MTN Məzahir Pənahovu niyə dinləyib?

mezahir-penBu məsələnin qanuni əsaslarla olub-olmaması bəlli deyil

“Yeni Müsavat” qəzeti MTN işiylə bağlı məlumat dərc edib. Qəzetin yazdığına görə, bu məsələ ətrafında həbs edilən məmurlar və yüksək vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə ittiham verilib. Elan olunmuş ittihamlarda diqqətçəkən maddələrdən biri 308.2-dir. Bu maddə əsasən, seçki və referenduma qanunsuz müdaxilə cəhdləri və vəzifə səlahiyyətlərinin aşılmasının ən ağırlaşdırıcı halı üçün nəzərdə tutularaq  seçkilərə qanunsuz müdaxilə ilə bağlı cəzanın təyinini özündə ehtiva edir.

Qəzet öz mənbəsinə istinad edərək seçkiyə aid olan hansısa proses və ya namizədlərdən kiminsə danışıqlarının dinlənilməsinə görə bu ittiham verildiyini ÿdeyərək, istintaq barədə ən sensasion məlumatını açıqlayıb.ÿ”Artıq tam dəqiqləşib ki, MTN-dəki qrup Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovu da dinləyib. MSK sədrinin telefon danışıqları uzun müddət nəzarətdə olub”ÿdeyə, mənbə bildirib. M.Pənahovun dinlənilməsinin hansısa deputatlığa namizədin şantaj olunması və ya hansısa namizəddən pul qoparmaq niyyəti güddüyü hələ bəlli deyil. MSK sədrinin 2013-cü il prezident seçkilərində də dinlənilməsi şübhələri var.ÿQəzet yazır ki, seçkilərlə bağlı toplanmış gizli danışıqların MTN üçün niyə bu qədər əhəmiyyətli olduğu barədə ancaq ehtimal irəli sürmək olar. Məsələn, bu telefon danışıqlarının hansısa Qərb ölkələrinin birinin telekanalı üzərindən yayılması və ya müxalifətə ötürülməsi hakimiyyətə çox ciddi zərbə ola bilərdi. MTN-də əməliyyatın və həbslərin ilk olaraqÿ Monitorinq Mərkəzindən başlaması da təsadüf deyil. Monitorinq Mərkəzinin dərhal möhürlənməsi oradan hansısa materialların çıxarılması və ya məhv edilməsini əngəlləmək üçün edilib. MTN-dən nələr çıxarılıb, nələrin harada saxlanıldığını isə istintaq müəyyən etməlidir.

Göründüyü kimi, MTN-in seçkiyə müdaxilə məqsədilə MSK sədri Məzahir Pənahovun telefon danışıqlarını dinləməsi məsələsi gündəmdədir. Görəsən, sözügedən məqsədlə seçkiyə hansı formada müdaxilə mümkün ola bilərdi?

ilham-ismayil

Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl öncə söyləyir ki, əməliyyat-axtarış haqqında qanuna görə MTN-nin dinləmə ixtiyarı var. Dinləmə ixtiyarının yalnız əsas olanda mümkünlüyünü söyləyən ekspert, əsas olanda bu məsələnin məhkəmə qərarıyla təsdiqləndiyini və telefonun dinləndiyini bildirir:

“MSK sədri Məzahir Pənahovun telefon danışıqlarının dinlənilməsinin əsaslı olub-olmamasına gəlincə, onu demək çətindir. Bu gün seçkiyə müdaxilə məsələsi ortaya çıxıbsa, bəlkə həqiqətən də bu danışıqları dinləməyə bir əsas olub?! Telefon danışıqlarını dinləməyə əsas olmayıbsa, deməli, bu, qanunsuzdur. Əsas olubsa, deməli, ixtiyarları var. Məsələ burasındadır ki, mətbuat seçkiyə müdaxilə barədə məlumatlar dərc edir. Bunun nə dərəcədə dəqiq informasiya olduğu hələ bəlli deyil və birbaşa təsdiqlənməyib. MTN-nin dinləmə ixtiyarı olsa da, təbii  ki, bunun qanuni və qanunsuz tərəfləri mövcuddur”.

Nigar