Pentaqondan Rusiyaya sərt xəbərdarlıq

eshton-pentaqon-shefiABŞ müdafiə naziri Eşton Karter Suriyada apardığı kampaniyanın Rusiya üçün ağır nəticələrə səbəb olacağını deyib. Pentaqon rəhbəri ölkəsinin Suriyada Rusiya ilə əməkdaşlıqdan imtina etdiyini təsdiqləyib. Onun sözlərinə görə, Moskvanın bu ölkədəki addımları səhvdir və onlar Rusiya üçün ağır nəticələrə gətirib çıxaracaq.

Senatdakı çıxışında Karter bildirib ki, ABŞ İraq və Suriyada İŞİD-lə mübarizədə Rusiyanın təsirinə imkan verməyəcək.

Karterin sözlərinə görə, Rusiyanın hərəkətləri Əsədlə uzun müddət davam edən münasibətlərin möhkəmlənməsindən xəbər verir.

Fizzə