MDB ölkələri üçün təhlükələr azalmır, əksinə, köhnə problemlər dərinləşir, ənənəvi problemlərə yeniləri də əlavə olunur.
RİA Novosti xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.
“MDB ölkələrinə təhdidlər azalmır. Əksinə, problemlər daha da dərinləşir, köhnələrə yenilər əlavə olunur”, – bunu Rusiya prezidenti Vladimir PutinMDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri ilə görüşündə deyib.
“Əfqanıstanda və Yaxın Şərqdə vəziyyətin necə olduğunu başa düşürük”,- deyə Rusiya prezidenti qeyd edib (oxu.az).