Suriyada Əsəd qoşunları Rusiya təyyarələrinin havadan verdiyi dəstəklə müxalifət qüvvələrinə qarşı hücuma keçdiyi vaxtda İŞİD Əsəd qüvvələrinə qarşı hücuma keçib.
İŞİD yaraqlıları Hələb yaxınlığında hökumət qoşunlarının bir neçə mövqeyini tuta bilib. Bu da Rusiya aviasiyasının dəstək verdiyi Bəşər Əsəd qüvvələri üçün ağır nəticələrə gətirib çıxara bilər.
Çünki İŞİD-in irəliləməsi Əsəd qüvvələrinin şimaldan yeganə təminat yolunu bağlaya bilər.
Əsəd qüvvələrinin irəliləməyi dayandırmağı iki səbəblə izah oluna bilər. Bu, üsyançılara yeni köməyin gəlməsi və onlara verilən TOW tank əleyhinə raketlərin artmasıdır. Üsyançıların nümayəndələri onlara dəstəyin artmasını Rusiyanın müharibəyə qoşulması ilə izah edirlər.
Əsəd qoşunları ilə müxalifət qüvvələri arasında döyüşlərdən isə İŞİD yaraqlıları istifadə edib. Çünki toqquşmada hər iki tərəf zəifləyib və bu da İŞİD-in işinə yarayıb. Nəticəsə İŞİD hücuma keçərək hələbin şimalında yeni ərazilər tutub. Başı müxalifət qüvvələrinə qarşı hücuma qarışan Əsəd qoşunları İŞİD-in qurduğu tələyə düşüb. Hər iki cəbhədə döyüşməyə gücü olmayan hökumət qüvvələri fəlakətlə üzləşə bilər.
Eyni zamanda Rusiya hərbi aviasiyasının müxalifətini bombalaması da İŞİD-in güclənməsilə nəticələnir. Bununla da Suriya müharibəsində balans dəyişib.
azadlıq.info