Suriya toplantısına Rusiya və İran dəvət edilmədi

Suriya MuxalifetiBu gün Fransanın paytaxtı Parisdə Suriya probleminin həllinə həsr olunmuş toplantı keçirilir. Xarici işlər nazirləri səviyyəsində reallaşacaq toplantıya, Rusiya dəvət edilməyib. Toplantıda ABŞ-ı Con Kerrinin müavini Antony Blinken təmsil edəcək. Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu, bunu oktyabrın 23-də Vyanada keçirilən toplantının davamı kimi dəyərləndirib.

Tolantıda İran və Rusiyanın iştirak etməməsinə gəlincə, Fransa Xarici İşlər Nazirliyi bunu, Parisin müzakirələrə yalnız Qərb və ərəb partnyorlarını dəvət etməsi ilə əlaqələndirib.

 

azadliq.info