Etibar Əliyev “Bank Technique” yə qaytarıldı

etibar eliyevAzərbaycanın tanınmış bankçısı Etibar Əliyev əvvəllər rəhbəri olduğu “Bank Technique”yə yenidən rəhbər gətirilib. O, bu gündən işə başlayacaq.

Belə ki, bankda toplantı keçirilib və E. Əliyev Texnika Bankın Müşahidə Şurasının sədri seçilib. Hazırda bankda Milli Bankın nümayəndələrinin iştirakı ilə təhvil-təslim işləri gedir.

E. Əliyev fakı təsdiq edib. O, bildirib ki, ilk işi bank kollektivi ilə toplantı keçirib yaranmış problemləri dəyərləndirmək, təhlil etmək və bu problemlərin həlli yollarını tapmaq olacaq. O, bankın əvvəlki nüfuzunun geri qaytarılacağını qeyd edib.

Bundan başqa bankın Mərkəzi ofisi yenidən Atatürk prospektində yerləşən binaya köçürüləcək.
Onu da qeyd edək ki, E. Əliyev yaxın günlərdə mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, bir neçə il əvvəl E. Əliyev MTN tərəfindən həbs edilmişdi. Ardınca isə nazir Eldar Mahmudov bankı qudası Cahangir Hacıyevə vermiş və adı dəyişdirilərək “Bank Technique” adlandırılmışdı. C. Hacıyevin qısamüddətli rəhbərliyi vaxtında isə bank defolt vəziyyətə düşdü.

E.Əliyev bu gün Milli Bankın rəhbəri Elman Rüstəmovla görüşüb. Bundan sonra o, “Bank Technique”nin mərkəzi ofisinə gedib. Əldə etdiyimiz məlumata görə, o, hazırda kollektivlə tanış olur.

Xatırladaq ki, E.Əliyev bir müddət əvvələ qədər “Texnikabank” adlanan quruma rəhbərlik edib. Bankın qurulması və böyüməsində böyük xidmətləri olub. (Qafqazinfo)