ABŞ Rusiyaya qarşı sanksiyalar müddətində zəngin rus müştərilərin hesablarından pul köçürmələrinin olub-olmadığını araşdırır. Hazırda Birləşmiş Ştatların hədəfində “Deutsche Bank”ın Rusiya filialı var.
“Financial Times”ın xəbərinə görə, ABŞ Ədliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaların qüvvəyə mindiyi vaxtdan bu yana “Deutsche Bank”ın Moskvaÿ fililalı ÿvasitəsi ilə 6 milyard dollarlıq maliyyə əməliyyatının həyata keçirildiyini öyrənib. Bu əməliyyatlarda bankın London filialı da iştirak edib. Indi nazirlik qadağaya baxmayaraq, pu pulların xarici banklara köçürülüb-köçürülmədiyini üzə çıxarmağa çalışır.