Putinin Suriya ilə bağlı planının nədən ibarət olduğu ortaya çıxdı
Dünən Vyanada Suriya münaqişəsi ilə bağlı Rusiya, ABŞ, Türkiyə və bir neçə başqa dövlətin iştirakı ilə müzakirələr keçirilib. Toplantı müddətində xarici media Rusiyanın Suriya ilə bağlı planlarının nədən ibarət olduğunu öyrənə bilib.
Suriya və Əsədlə bağlı 8 təklif
Məlum olub ki, prezident Vladimir Putinin Suriya və Bəşər Əsədlə bağlı 8 bənddən ibarət təklifi var. Bu təkliflər aşağıdakılardır:
1. “Hədəflər siyahısı” yaradılsın. Suriya münaqişəsinin siyasi həllini rədd edənlər bu siyahıya əlavə edilsin. Rusiya, ABŞ və müttəfiqləri onları bombalasın.
2. Suriya müxalifləri ilə Əsəd ordusu arasında bütün döyüşlər dondurulsun.
3. Suriya müxalifəti və “Azad Suriya ordusu”nunÿda iştirak etdiyi dialoq konfransı keçirilsin. Konfransda bütün həbs olunanların azad edilməsi, növbədənkənar parlament seçkilərinin keçirilməsi, əfv fərmanının verilməsi, Suriyada birlik hökumətinin qurulması, Konstitusiya dəyişiklik edilməsi barədə qərar qəbul olunsun.
4. Rusiya prezidenti Vladimir Putinÿyeni seçkilərdəÿBəşər Əsədinÿnamizəd olmayacağına, ya da özü tərəfindən namizəd göstərilməyəcəyinə dair zəmanət versin.
5. Rejim və müxalif qüvvələr ortaq Beynəlxalq Müdafiə Qüvvələri yaratsın. “Azad Suriya ordusu” və digər müxalif qüvvələr Suriya ordusu və təhlükəsizlik qüvvələrinə qatılsın.
6. Rusiya Suriyanın daxilində və xaricində bütün müxaliflərin, fəalların və döyüşçülərin əfvi üçün zəmanət verəcək. Bunun əvəzində müxalifət ölkə daxilində və xaricində Əsədi məhkəməyə verməyəcək.
7. Bəşər əsəd və müxalifət tərəfdarları bir-birlərinə hücumlar etməyəcək. Istənilən döyüşə son qoyulacaq və dəstək verən ölkələr hansı heç bir qrupa silah göndərməyəcək.
8. RusiyaÿBirləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındanÿmüvafiq qərarı aldıqdan sonra sülh planının icrasına zəmanət üçün Suriyada hərbi iştirakını davam etdirəcək.
Putin-Əsəd sövdələşməsi
Rusiyanın bu təklifləri ətrafında müzakirələr davam edir. Son 4 ildə ilk dəfə ölkəsindən kənara çıxan Suriya prezidentiÿBəşər Əsəd Moskvaya oktyabrın 20-də gecə saatlarında səfər edib. Təhükəsizlik məsələləri nəzərə alınaraq Əsədin Rusiyaya gəlişi sonadək gizli saxlanılıb. Gözlənildiyi kimi Putin və Əsəd görüşündə Suriya böhranından çıxış yolları, hərbi əməliyyatların bundan sonrakı gedişatı müzakirə olunub. “Suriya xalqı demək olar ki, təkbaşına beynəlxalq terrorçuluğa qarşı mübarizəni davam etdirir. Böyük itkilər versə də, son zamanlarda bu mübarizədə uğurlar əldə etməyə başlayıb”, – deyə Vladimir Putin bəyan edib.
Bəşər Əsəd isə Suriyada həyata keçirilən əməliyyatlarla bağlı Rusiya hökumətinə minnətdarlıq etdikdən sonra Suriya hərbi qüvvələrinin fəaliyyəti və planları barədə Vladimir Putinə məlumat verib. Rusiyanın Suriyanın ərazi bütövlüyü və müstəqililiyi uğrunda apardığı əməliyyatların beynəlxalq hüquqa söykəndiyi deyib. Əsəd terrorçuların öhdəsindən təkbaşına gələ bilməyəcəyini etiraf edib: “Müdaxiləniz olmasaydı, regionda yayılan terror daha geniş əraziləri əhatə edəcəkdi. Biz artıq Rusiyanın da köməyi ilə terrora son qoyulacağına inanırıq. Bunun üçün biz hərbi üsuldan daha üstün olan siyasi tədbirləri həyata keçirməyə hazırıq”.
Diqqət çəkən məqamlardan biri də Suriyadan böyük bir kürd heyətinin bu görüşdə iştirakı olub.
Politoloqlar Putin və Əsədin müzakirələr əsnasında kürdlərə muxtariyyət sözü verdiklərini düşünürlər. Bunun qarşılığında isə IŞID-lə savaşmaları üçün kürd birliklərinin silahlandırılması barədə razılıq əldə edilib.
Ankara narazıdır
Bütün bunlar isə ilk növbədə Türkiyənin bölgədəki maraqlarıyla üst-üstə düşmür. Əsədin qəfil Moskvada peyda olmasına Türkiyə baş naziriÿƏhməd Davudoğlu ÿ”Kaş ki, Əsəd Rusiyada həmişəlik qalaydı, Suriya xalqı bir az rahatlanardı”, – deyə reaksiya vermişdi. Rəsmi Ankara hesab edir ki, Suriya münaqişəsinin həlli əli qana bulanmış prezident Bəşər Əsədin getməsindən başlayır.
Maraqlıdır ki, müttəfiq ölkələrdən ABŞ əvvəllki qədər Əsədin dərhal prezidentlikdən getməsinə təkid etmir. Dövlət katibi Con Kerri bildirmişdi ki, ABŞ Suriya məsələsində mövqeyini dəyişib. Vaşinqton hesab edir ki, Əsədin qəfil gedişi Suriyanı yenidən parçalaya bilər. Qərb artıq Suriyada Rusiya faktorunun olduğunu qəbul edir. Üstəlik 4 ildir ki, Əsəd onu devirmək istəyənlərə duruş gətirir.ÿSuriyalıların bir qismi isə ərəb inqilablarından dərs götürərək prezidentlərinə dəstək olurlar (anspress).
Con Kerri: “İran o masada olmayacaq”
Bu arada, Vyanada baş tutan görüşdən sonra ABŞ dövlət katibi Con Kerri toplantı haqda fikirlərini bölüşüb. Kerri Əsədin iqtidardan getməsi məsələsində Rusiya ilə fikir ayrılıqlarının olduğunu dilə gətirib. Dövlət katibi Rusiya və Irandan fəqrli olaraq əksər Avropa ölkələrinin Əsədlə sülh əldə etməyin qeyri-mümkün olduğunu düşündüyünü açıqlayıb: “Əsəd hakimiyyətdə olduqca, istəsəniz də sülhə çatmaq mümkün deyil”.
Kerri fikir ayrılığına baxmayaraq,ÿdanışıqları gələn həftənin cümə günü daha çox ölkənin iştirakı ilə davam etdirmək istədiklərini bildirib. Dövlət katibi Rusiyanın israr etməsinə baxmayaraq, Iranın bu görüşdə iştirak etmyəcəyini deyib: “Iran bu masada yoxdur. Bəlkə Iranın da bu masaya oturacağı an gələcək, amma hələlik o mərhələdə deyilik”.
Bəşər Əsəd Rusiyaya köçür?
Suriya lideri Bəşər Əsədin Moskva səfəri ilə bağlı daha bir ilginc məlumat yayılıb. 90-cı illərdə Rusiya xarici işlər nazirinin müavini işləmiş Georgi Kunadze “Azadlıq” radiosunun rus xidmətinə bildirib ki, Əsəd və yaxın adamlarını Moskvaya iki təyyarə gətirib. Suriya prezidenti ilə gələn şəxslər Moskvanın dəbdəbəli yeri hesab edilən Rublyovka yaşayış massivində gəzərək müxtəlif evlərə baxıblar. Bu, Bəşər Əsədin yaxın adamları ilə birlikdə Moskvaya köçməyə hazırlaşdığı haqda mülahizələrə yol açıb.
Dünən o da məlum olub ki, Bəşər Əsəd Suriyada növbədənkənar seçkilərin keçirilməsinə razılıq verib. Bunu Rusiyanın Suriyada deputatlardan ibarət nümayəndə heyətinin üzvü Aleksandr Yuşenko Bəşər Əsədlə görüşündən sonra açıqlayıb. Onun sözlərinə görə, Əsəd Konstitusiyaya dəyişikliyi müzakirə etməyə, parlament seçkiləri keçirməyə və Suriya xalqı lazım bilərsə, prezident seçkilərinə də getməyə hazır olduğunu bəyan edib. Yuşenko onu da bildirib ki, Bəşər Əsəd özünə və gücünə çox arxayındır.