Hakimin gənc oğlu polis rəisi oldu

eli-tagiyev-hakim24 yaşlı rəisin atası həmişə mötəbər vəzifələrin sahibi olub

Dünən 12- ci polis bölməsinə 24 yaşlı gənc Tağıyev Elşən Əli oğlu rəis vəzifəsinə təyin edilib. Etiraf etmək lazımdır ki, bu, Azərbaycan gerçəkliyində maraqlı təyinat sayıla bilər. Kadr siyasətində gənclərə üstünlük verilməsi kimi izah edilə bilər. Buna görə də, bu təyinat diqqətimiz çəkdi. Tağıyev Elşən Əli oğlu 1991- ci ildə doğulub. Polis Akademiyasını baş leytenant rütbəsi iıə bitirib, 3 ildən artıq müddətdə 28-ci polis bölməsində əvvəlcə əməliyyatcı, sonra isə bölmə rəisinin müavini vəzifəsində işləyib. Belə görünür ki, bu karyera onun başqa bir bölməyə rəis vəzifəsinə gətirilməsi üçün təcrübə materialı verib. Amma…

Amma bir az da dərindən maraqlananda bəlli oldu ki, E. Tağıyevin bu qədər gənc yaşında bu qədər yüksək vəzifəyə təyin edilməsi, həm də polisdə xidmət haqqında əsasnamənin prinsip və tələblərinin pozulması ilə belə bir etimada layiq görülməsi onun peşəkarlıq göstəriciləri ilə izah edilməyə də bilər.

Elşən Tağıyevin atası Əli Tağıyev 1988-ci ilin fevral ayından dekabr ayına qədər Kəlbəcərdə notariusun müdiri vəzifəsində işləyib. 1988-ci ilin dekabrından 1994-cü ilə qədər Kəlbəcərdə, 1994-cü ildən 2000- ci ilə qədər isə Qaxda məhkəmənin sədri olub. 2000- ci ildə onu Yevlax məhkəməsinin sədri təyin ediblər. Bu vəzifədə 2007-ci ilə qədər işləyib. 2007- ci ildən indiyə qədər isə Gəncədə Nizami rayon məhkəməsinin sədridir.

Polisdə irəli çəkilən gənc zabitin tərcümeyi halı barədə bunları öyrənə bildik.

azadliq.info