Fransanın Marsel şəhərində baş verən atışmada üç nəfər ölüb

fransa-avtobus-qezaNaməlum şəxslərin oktyabrın 25-də gecə saatlarında Marsel şəhərində avtomatik silahdan atəş açmaları nəticəsində üç nəfər ölüb.

Məlumata görə, regional “Provence” qəzeti yazır ki, ölənlərdən ikisi 15 yaşlı yeniyetmə, biri 23 yaşlı gəncdir.

İnsident “Lorye” məhəlləsində yaşayış binasının girişində baş verib.

Hadisənin motivləri və iştirakçıları barədə hələlik məlumat verilmir.

 

(apa)