“İran o masada yoxdur”

con-kerriVyanada baş tutan dördlü görüşdən sonra ABŞ dövlət katibi Con Kerri toplantı haqda fikirlərini bölüşüb. Con Kerri, Əsədin iqtidardan getməsi mövzusunda Rusiya ilə fikir ayrılıqlarının olduğunu dilə gətirib. Kerri Rusiya və İrandan fəqrli olaraq, əksər Avropa ölkələrinin Əsədlə sülhə çatmanın mümkünsüz olduğunu düşündüyünü açıqlayıb:

“Əsəd hakimiyyətdə olduqca, istəsəniz də sülhə çatmaq mümkün deyil”,-deyə Kerri bildirib.

İran o masada olmayacaq

Kerri, fikir ayrılıqlarına baxmayaraq danışıqları gələn həftənin cümə günü daha çox ölkənin iştirakı ilə davam etdirmək istədiklərini bildirib. Dövlət katibi Rusiyanın israr etməsinə baxmayaraq İranın bu görüşdə iştirak etmyəcəyini açıqlayıb:

“İran bu masada yoxdur. Bəlkə İranın da bu masaya oturacağı an gələcək, amma hələlik o mərhələdə deyilik”.

 

 

azadliq.info