Aşura fəlsəfəsinin avtoritar rejimi qorxutması başa düşüləndir

ali-karimli1

Aşura günü ərəfəsində Gəncədə dindarların kütləvi şəkildə həbs olunmasını, məscidlərin bağlanmasını qəti şəkildə pisləyirəm. Qanunları pozmadıqları halda inanclı insanların həbsini onları radikallaşdırmaq cəhdi kimi qiymətləndirirəm. Aşura fəlsəfəsinin avtoritar rejimi qorxutması isə başa düşüləndir. İmam Hüseynin mübarizəsi əsrlərdir insanlara təlqin edir ki, inanc, əqidə, prinsip maddiyyatdan üstündür. İmam Hüseyn nümunəsi insanlara təlqin edir ki, hətta qalib gəlmək üçün heç bir şansın olmayanda da zalımın qarşısında haqqı sona qədər müdafiə etmək, təslim olmamaq, biət etməmək əsl müsəlmana, əsl insana yaraşan hərəkətdir. Ümid edirəm ki, inanclı qardaş və bacılarımız imamdan məhz bu dərsi ala biləcəklər”, – deyə AXCP lideri facebook səhifəsində qeyd edib.