Türkiyə Moskvanın bu təklifinə “yox” dedi

Avstriyanın paytaxtı Vyanada ABŞ dövlət katibi, Türkiyə,  Rusiya və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin vyana-4lukiştirakı ilə reallaşan toplantının nəticəsiz başa çatması haqda məlumat vermişdik. Görüşün nəticəsiz başa çatmasına baxmayaraq, tərəflər bundan sonra da görüşmək haqda razılıq əldə etdikləri ilə bağlı açıqlama vermişdilər. Lakin Moskvanın əlavə təklifləri gəlcək görüşlərin baş tutmasını şübhə altına salır. Belə ki, Moskva bundan sonra reallaşacaq toplantılarda bölgənin iki əhəmiyyətli ölkəsi İran və Misirin də masaya oturmasını israr edir.  Rusiya xarici işlər naziri Sergey Lavrov, xüsusilə İranın olmadığı tərkibdə müzakirələrin çətin olacağını bildirib. İrana qarşı çıxmayan Ankara, Misirin bu tərkibə daxil edilməsini istəmədiyini bildirib.

Yığıncaqdan sonra Lavrovla reallaşan yarım saatlıq görüşdə, Sınırlıoğlu Türkiyənin Misirlə eyni masaya oturmasının çətin olacağını Rusiya XİN rəhbərinin diqqətinə çatdırıb.

 

azadliq.info