Azərbaycana meyvə-tərəvəz və buğda idxalı kəskin artıb

bazar-2Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 42,8 milyon ABŞ dollar məbləğində meyvə-tərəvəz idxal olunub. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Son 1 ildə ölkəyə buğda idxalında da ciddi artım qeydə alınıb. Belə ki, 9 ay ərzində Azərbaycana xaricdən  224,8 milyon dollarlıq buğda gətirilib ki, bu da 2014-cü ilin yanvar-sentyabr aylarına nisbətən 1,3 dəfə çoxdur.

Digər yeyinti məhsullarının idxalı isə azalıb. Belə ki, hesabat dövründə Azərbaycana idxal olunan 12,9 milyon dollarlıq ət (10,7% az), 4,3 milyon dollarlıq süd (12,1% az), 16,1 milyon dollarlıq kərə yağı (18,5% az), 63,1 milyon dollarlıq Bitki və heyvan mənşəli piylər və yağlar (7,2% az), 89,7 milyon dollarlıq isə şəkər (37,1% az) gətirilib.

Fins.az