Avropalı müttəfiqlərin sığınacaq axtaran qaçqınlarla bağlı təzyiqləri və Rusiyanın artan hərbi fəaliyyəti Barak Obama rəhbərliyini müəyyən addımlar atmaq məcburiyyətində qoyub. “New York Times” Ağ Ev-in bu məqsədlə yenidən Suriyada vətəndaşların və müxaliflərin sığına biləcəyi etibarlı bölgələr yaradılması fikri üzərində işə başladığını yazıb.
Qəzetin xəbərinə görə, bazar ertəsi Ağ Ev-də Obamanın milli təhlükəsizlik üzrə köməkçisi Süzan Raysın başçılığı altında toplant keçirilib. Dövlət katibi Con Kerrinin də qatıldığı tədbirdə, Türkiyə və İordaniya sərhədində etibarlı bölgə yaradılması üçün mümkün olan addımlar müzakirə olunub. “New York Times”in xəbərinə görə, bu plana qarşı çıxan müdafiə naziri Eşton Karter, etibarlı bölgələrin yaradılması üçün lazım olan əsgər, təyyarə və silah sayını şişirdərək toplantı iştirakçılarına təqdim edib və Obama rəhbərliyindən Suriya siyasətini dəyişdirməməyi istəyib. Lakin qəzet təhlükəsiz bölgələrin yaradılmasında son qərarı Obamanın verəcəyini bildirir.
azadliq.info