İspaniya La Liqası: “Barselona” liderliyə yüksəldi

Ötən gün İspaniya La Liqasında IX turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Ötən turda “Sevilya”nın müqavimətini qıra bilməyən “Barselona” bu dəfə səfərdə “Qranada” ilə qarşılaşıb. Matçın taleyini bir qol həll edib.

Xavinin 33-cü dəqiqədə vurduğu qol “Barselona”ya qələbə qazandırıb. Bu nəticədən sonra Kataloniya təmsilçisi müvəqqəti də olsa, turnir cədvəlində liderliyə yüksəlib.

Günün digər oyununda isə “Sevilya” öz meydanında “Santander”i qəbul edib. İlk hissədə Moralın vurduğu qolla hesabda önə keçən “Sevilya” fasilədən sonra bu üstünlüyü əldən versə də son dəqiqələrdə məğlubiyyətdən qaça bilib – 2:2.

Qeyd edək ki, IX turun qalan görüşləri bu axşam və sabah keçiriləcək.

25 oktyabr

“Qranada” – “Barselona” – 0:1
Qol: Xavi, 33 (0:1)

“Sevilya” – “Santander” – 2:2
Qollar: Moral, 37 (1:0), 90 (2:2), Ariel Nah, 62 (1:1), Bustara, 69 (1:2)

26 oktyabr

“Qetafe” – “Osasuna”

“Levante” – “Real” (Sosyedad)

“Rayo Vallekano” – “Malaqa”

“Saraqoza” – “Valensiya”

“Real” (Madrid) – “Vilyareal”

“Malyorka” – “Sportinq” (Xixon)

27 oktyabr

“Espanyol” – “Betis”

“Atletik” (Bilbao) – “Atletiko” (Madrid)