Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu Vyanada keçiriləcək Suriya danışıqlarından əvvəl ABŞ dövlət katibi Con Kerri və Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cübeyrlə bir araya gəlib.
Dövlət rəsmiləri görüşlə bağlı mətbuata hər hansı məlumat verməyiblər.
Vyanada baş tutacaq Suriya danışıqlarına günortadan sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun da qatılması gözlənilir.
azadliq.info