Onu vuran həmkəndlisi qaçıb
Kürdəmir rayonu ərazisində məktəbli oğlan güllələnib. Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Beyi kənd sakini 13 yaşlı Rəhman Abbasov ayağından aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Hadisə barədə polisə oktyabrın 25-nə keçən gecə saat 02:00 radələrində məlumat daxil olub.
Azyaşlını güllələyən həmkəndlisi 23 yaşlı Rəşad Söhbətov isə hadisə yerindən qaçıb. Hadisə şahidlərinin bildirdiyinə görə, R.Abbasova dəyən tir gülləsidir. Hadisənin bilərəkdən və ya ehtiyatsızlıqdan törədilməsi hələlik məlum deyil. Polis əməkdaşları faktla bağlı araşdırma aparırlar.
Zərərçəkmiş R.Abbasovun orta məktəb şagirdi olduğu bildirlir.


