İraq hökuməti Rusiyadan hərbi kömək istəyəcək

iraq-parliamentİraq da İŞİD-ə qarşı mübarizədə Rusiyadan hərbi kömək istəməyə hazırlaşır. Rusiyanın “Sputnik” agentliyi xəbər verir ki, İraq parlamenti oktyabrın sonuna qədər Rusiyaya müraciətlə bağlı sənədi səsverməyə çıxaracaq.

Müraciətdə Rusiya hava qüvvələrindən İŞİD-ə qarşı mübarizəyə dəstək verilməsi istəniləcək. Bu barədə İraqın şiə koalisiyasından olan deputatı, milli təhlükəsizlik üzrə keçmiş müşavir Muvafaq ər-Rübai bildirib. “Səsvermənin tarixi gələn ay üçün bəlli olacaq”,-deyə o vurğulayıb.