Reseptlərdə dərman adı qadağan ediləcək

derman

Rasif Bağırov: «Məsələnin belə qoyulması problemin düzgün həll yolu deyil, bu, tamamilə əks nəticə verəcə

Səhiyyə Nazirliyi “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması” haqqında yeni qaydalar hazırlayır.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət Inspeksiyasının rəisi Pərviz Əzizbəyov məlumat verib.

P.Əzizbəyov bildirib ki, artıq qaydalar təsdiqlənmə mərhələsindədir: “Yeni qaydalara görə, həkimlər resept yazarkən dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adını, yəni təsiredici maddənin adını yazacaqlar. Yeni qaydalar təsdiqləndikdən sonra reseptlər yalnız bu formada yazılacaq. Qaydaları pozan həkimlər qanunvericiliyə müvafiq qaydada cəzalandırılacaqlar”.

Tibb sahəsi üzrə ekspert Rasif Bağırov söyləyir ki, reseptlərdə dərmanların adının yazılmaması mövcud sahədəki problemlərə müsbət təsir etməyəcək. Ekspertin qənaətincə, Səhiyyə Nazirliyi elə hesab edir ki, bu vasitəylə həkimlərlə dərman firmaları arasındakı işbirliyinə son qoya biləcək:

Həkimlərlə dərman firmaları arasındakı müəyyən əlaqələri qırmaq üçün ən azından belə bir metoda əl atıblar. Amma elə dərmanlar var ki, bir neçə tərkibdən ibarətdir. Onların hamısını tərkibinə uyğun reseptə necə yazmaq olar?! Dünyanın heç bir yerində belə bir nümunə yoxdur. Reseptdə dərmanın satış adı yazılır ki, xəstə də ona uyğun aptekdən dərman alır. Hansı dərmanla xəstəni müalicə etmək həkimin azad seçimidir. Doğrudur, firmalarla əlaqə saxlayıb fəaliyyət göstərən həkimlər də var. Amma onlarla mübarizənin metodu bu formada aparıla bilməz. Məsələnin belə qoyulması problemin düzgün həll yolu deyil, bu, tamamilə əks nəticə verəcək”.

Nigar