Daha bir yüksək rütbəli İran zabiti öldürüldü

İranın yarırəsmi “Abna” agentliyi, “Ya Zəhra” taborunun komandiri polkovnik Müslim Kizabın Suriyada öldürüldüyü haqda informasiya yayıb.

Xəbərdə, uzun illərdir “Ya Zəhra” taborunun  komandiri olan Kizabın hərbi məsləhətçi kimi Suriyaya göndərildiyi bildirilir.

Polkovnikin Suriyanın hansı bölgəsində və kimlər tərəfindən öldürüldüyünə dair məlumat verilmir.

Xatırladaq ki, son iki həftə ərzində Suriyada biri general-mayor olmaqla,  5 yüksək rütbəli iranlı zabit öldürülüb.

 

azadliq.info