İspaniyanın KRALI dəyişdi: “Real” zirvədə!

Messi penal vura, “Barselona” 9 nəfərlə qalan rəqibi uda bilmədi

Fanat: İspaniya La Liqasında IX tura start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə turun dörd qarşılaşması baş tutub.
Turnir cədvəlinin lideri “Barselona” evdə meydana çıxıb. “Nou Kamp”da keçirilən oyunda “Barsa”nın rəqibi “Sevilya” olub. Kataloniya təmsilçisi oyunun sonlarında iki qırmızı vərəqə alan rəqibinə qalib gələ bilməyib. Hətta matçın 90+5-ci dəqiqəsində Lionel Messi penalti zərbəsini boşa verib – 0:0.
Əvəzində “Real” “Malaqa”nı darmadağın edib. 4:0 hesabı ilə bitən oyunda Kriştiano Ronaldo het-trik edib, Qonzalo Hiquain bir qol vurub. Bu nəticə “Real”ın 19 xalla turnir cədvəlinin zirvəsinə qalxmasına səbəb olub. İndi “Barselona” əzəli rəqibindən bir xal geri qalır.
Günün digər oyunlarına gəlincə, “Espanyol” səfərdə “Rasinq”də 1:0 hesabı ilə qalib gəlib. “Sportinq” isə evdə debütant “Qranada”nı yenib – 2:0.
Turun qalan 6 oyunu bu gün keçiriləcək.

İspaniya
La Liqa
Ix tur

22 oktyabr
Rasinq – Espanyol 0:1
Qol: Qarsiya, 59.

Sportinq – Qranada 2:0
Qollar: Barral, 6. Kastro, 42.

Malaqa – Real 0:4
Qollar: Hiquain, 11. Ronaldo, 24; 28; 38.

Barselona – Seviyla 0:0

23 oktyabr
15.00 Betis – Rayo Vallekano
19.00 Real Sosyedad – Xetafe
21.00 Atletiko – Malyorka
21.00 Osasuna – Saraqosa
23.00 Valensiya – Atletik
01.00 Vilyarreal – Levante