Kosmosda həyat izi tapıldı!

Astronomlar ulduzlararası toz buludunda soyuq su ehtiyatı aşkar ediblər. Yer kürəsinə bənzəyən və böyük su ehtiyatları olan planetlər elə də nadir hal deyil. Astronomlar ulduzların ətrafında olan ulduzlararası toz buludunda buxar şəklində böyük həcmdə soyuq su ehtiyatı aşkar etdikdən sonra belə qənaətə gəliblər.
NASA-nın “Reaktiv hərəkət laboratoriyası”nın alimləri bu kəşfi “Herşel” kosmik rəsədxanası sayəsində ediblər. Alimlər deyirlər ki, soyuq su buxarı ulduzlararası tozdan formalaşan nəhəng diskin ən ucqar hissələrində tapılıb və bu su yer kürəsindəki okeanlar kimi 1000 okeanı doldurmaq üçün bəs edər.
NASA astronomları həmçinin hesab edirlər ki, ulduzlararası toz və qazdan formalaşan bu disk bir neçə milyon ildən sonra Günəş sisteminə bənzər bir sistemin yaranmasına gətirib çıxara bilər (milli.az).