Bakı-Quba yolunun 40-cı km-də yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi xəbərə görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, “Fiat” markalı minik avtomobili “Ford” markalı yük avtomobili ilə toqquşub. Nəticədə “Fiat” markalı minik avtomobilində olan sərnişin hadisə yerində vəfat edib. Şəxsiyyəti məlum olmayan sərnişinin cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:05-də başa çatıb.

Bakı-Quba yolunda ağır qəza: ölən var
•